“Mançester Yunayted” PSJ-dən onu istəyir
08.05.2023 - 10:41
“Mançester Yunayted” yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi PSJ-dən yarımmüdafiəçi Marko Verattiyə elçi düşüb.
“Qırmızı şeytanlar”da baş məşqçi Erik ten Haq italiyalı futbolçunun mərkəzdə Kasemiro ilə əla tandem olacağının düşünür. Fransa klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan 30 yaşlı futbolçunun da komandanı tərk etmək istədiyi bildirilir.
Qeyd edək ki, Veratti davam edən mövsümdə 34 matçda iştirak edərək, bir məhsuldar ötürmə verib.
- Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər
- Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb
- Malik Həsənov lisenziya turnirində ikinci qələbəsini qazanıb
- Vinisius ilk pillədə, Arda Güler yerində saydı - SİYAHI
- Millimiz beynəlxalq turnirdə ikinci oldu
0
0