"Mançester Yunayted"də itki
22.02.2024 - 14:02
"Mançester Yunayted"in sol cinah müdafiəçisi Luk Şou zədələnib.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu fevralın 18-də baş tutan "Luton Taun"la matçın birinci hissəsinin sonunda əvəzlənib.
Klubun rəsmi açıqlamasından məlum olduğu kimi, Şou əzələ zədəsi səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq: “Zədənin ciddiliyini müəyyən etmək üçün əlavə müayinələr lazımdır. Lakin onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını gözləyirik".
O, bu mövsüm Erik ten Haqın komandasında 15 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- “Formula-1”: İkinci yarış günündə ilk qaliblər bilinəcək
- Rəşad Sadıqov: "Ümid edirəm ki, ciddi bir şey olmaz"
- Musa Qurbanlının komandası İsveç kubokunun finalında
- “Qəbələ”nin braziliyalısı: “Onlar çempion olacaq gücdədirlər”
0
0