“Mançester Yunayted”də zədəlilərin durumuna aydınlıq gəldi
14.11.2023 - 11:24
“Mançester Yunayted”də zədəli iki futbolçunun durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu haqda açıqlama klubun rəsmi saytında yayımlanıb.
“Qırmızı şeytanlar”ın oyunçuları Kristian Eriksen 1 ay, Rasmus Hoylund isə ən az 2-3 həftə meydana çıxa bilməyəcək. Hər iki oyunçu İngiltərə Premyer Liqasının “Luton”la (1:0) matçında zədələnib.
Qeyd edək ki, çempionatın ilk 12 turunda 21 xal toplayan Mançester təmsilçisi hazırda turnir cədvəlinin 6-cı pilləsində yer alır. Komanda növbəti oyununu noyabrın 26-da səfərdə “Everton”a qarşı keçirəcək.
- Emin Mahmudov: “Qələbə qazanmaq istəyirik"
- FIFA irqçiliklə bağlı qanunları sərtləşdirib
- Taekvondoçularımızdan Avropa birinciliyində son 17 ilin rekordu – 8 medal
- İslam Oyunları: İdmançılarımız 6 növdə mübarizə aparacaqlar
- Fernandu Santuş: "Çalışacağıq ki, millini daha ön sıralara aparaq" - YENİLƏNİR
0
0