"Mançester Yunayted"dən uğurlu seriyaya davam
24.02.2023 - 11:49
"Mançester Yunayted" "Old Trafford"da uğurlu seriyasını davam etdirib.
Apasport. az saytı xəbər verir ki, “qırmızı şeytanlar” doğma divarlar arasında növbəti dəfə meydandan məğlub olmadan ayrılıb.
"Mançester Yunayted" Avropa Liqasının pley-offunda "Barselona"ya 2:1 hesabı ilə qalib gəlməklə, uğurlu seriyasını 18-ə çatdırıb. İngiltərə klubu bu oyunlardan 17 qələbə qazanıb, bir görüşü “sülhlə” başa vurub. Topların fərqi isə 41:9-dur.
Qeyd edək ki, “Mançester Yunayted” “Old Trafford”da sonuncu dəfə 2022-ci ilin sentyabrında Avropa Liqası matçında “Real Sosyedad”a uduzub.
- ÇSKA-dan İrfan Can Kahveci üçün 10 milyon avro
- “Yuventus” və “Napoli”dən QƏLƏBƏ
- "Samsunspor" Yunanıstandan məğlub qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- 2 atletimiz Gürcüstanda medal qazanıb - FOTO
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
0
0