“Mançester Yunayted”in əfsanəvi futbolçusu vəfat edib
18.01.2025 - 09:48
“Mançester Yunayted”in və Şotlandiya millisinin sabiq futbolçusu Denis Lou vəfat edib.
Apasport.az xəbər verir ki, keçmiş oyunçu 84 yaşında dünyasını dəyişib.
Lou “Mançester Yunayted”də 404 oyunda 237 qol vurub və klub tarixinin bombardirləri sırasında 3-cü sıradadır.
Denis Şotlandiya yığmasında 55 oyunda 30 qola imza atıb. O, 1964-cü ildə Avropanın ən yaxşı futbolçusu seçilib və “Qızıl top” mükafatını qazanıb.
- Vadim Abdullayev: "Qırmızı vərəqə Mahir Emrelidən çox mənə təsir etdi"
- "İnter" 2 futbolçunu heyətinə qatacağını açıqladı
- Rusiyalılara qarşı Ukrayna bayrağı rəngli forma və...
- PFL-in prezidenti və vitse-prezidenti əməliyyat olunacaq
- Emil Mustafayev: “Ukrayna millisindən dəvət gəlsə, imtina etməyəcəm” - MÜSAHİBƏ
0
0