Mauritsio Sarri istefa verdi
12.03.2024 - 22:23
İtaliya A Seriyası təmsilçilərindən "Latsio"da baş məşqçi istefası baş verib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, "Latsio"nun baş məşqçisi Mauritsio Sarri bu gün klub rəhbərliyinə istefa ərizəsini təqdim edib.
Bir neçə gün əvvəl klubun mətbuat xidmətindən ayrılıq xəbərləri barədə təkzib gəlməsinə baxmayaraq təcrübəli mütəxəssis "qartallar"la yolları ayırıb.
Qeyd edək ki, ötən gün A Seriyası matçı çərçivəsində "Latsio" doğma meydanda "Udineze"yə 1:2 hesabı ilə məğlub olub.
- I Liqada ilk turun təyinatları açıqlanıb
- De Bleker "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh etdi
- Prezident cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
- Krakov-2023: Atıcılarımız finala yüksələ bilmədi
- Cəlal oynadı, komandası Bolqarıstan kubokunda mərhələ adladı
0
0