Mbappe yeni rekorda imza atdı
15.02.2024 - 12:28

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ doğma meydanda "Real Sosyedad"ı 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, parislilərin qollarından birini hücumçu Kilian Mbappe vurub. Gənc forvard bu nəticə ilə ÇL-də unikal nailiyyət əldə edib.
Fransalı Çempionlar Liqasında start heyətində meydana çıxdığı ardıcıl 10 matçda ən azı bir qol vuran ilk oyunçudur.
Forvard qitənin bir nömrəli klub turnirindəki 68-ci oyununda 44-cü dəfə rəqib qapılarına yol tapıb. 26 yaşına qədər yalnız argentinalı Lionel Messi (59 qol) daha çox qol vurub.
- NTD-nin basketbolçusu: "Bu mövsüm üçün əsas məqsədimiz play-off-a çıxmaqdır"
- Ən çox maaş alan məşqçi ilə daha 2 illik müqavilə
- Millimizin dünya çempionatına yollanacaq heyəti bəlli olub
- Fransalı gimnast diskvalifikasiya edildi
- Regekampf: "Fanatlarımızın dəstəyi ilə titula yiyələnmək istəyirik" - MÜSAHİBƏ
0
0