Mbappedən şad xəbər: "Real" açıqladı
20.06.2025 - 00:20
Mbappedən şad xəbər: "Real" açıqladı

"Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe sağalıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, fransalı futbolçu bu gün keçirilən məşqdə iştirak edib.

Qeyd edək ki, forvard akut qastroenterit (mədə-bağırsaq iltihabı) səbəbindən FİFA Klublararası Dünya Çempionatının “Əl-Hilal”la qarşılaşmasını (1:1) buraxmışdı.