Mbappeyə adadan təklif var
04.11.2023 - 13:01
PSJ-nin hücumçusu Kilian Mbappenin müştəriləri sırasına “Liverpul” da qoşulub.
Apasport.az xəbər verir ki, Mersisayd klubu Fransa millisinin kapitanını sıralarına cəlb etməyə çalışır.
Hətta komandanın baş məşqçisi Yurgen Kloppun 24 yaşlı futbolçuyla dəfələrlə əlaqə saxladığı və Kilianı komandasına dəvət etdiyi bildirilir. Ancaq futbolçunun transferində favorit olaraq İspaniya “Real”ı göstərilir. Forvardın özü də “kral klubu”nun şərəfini qorumaqda maraqlıdır.
Qeyd edək ki, bu mövsüm PSJ forması ilə 13 matça çıxan Mbappe 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Benfika”nın forvardı Premyer Liqa yolunda
- Taekvondoçularımız dünya birinciliyinə yollandı - HEYƏT
- "Qarabağ"ın prezidenti: Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq
- Avropa klublarının reytinq cədvəli yenilənib: İlk "20-lik"də 2 türk komandası var
- Millimiz Avropa çempionluğunun bir addımlığında
0
0