Məhəmməd Salahdan 2 yeni REKORD
24.12.2024 - 20:31
İngiltərə Premyer Liqası təmsilçisi “Liverpul”un şərəfini qoruyan Məhəmməd Salah daha bir ilkə imza atıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu turnirin tarixində qış fasiləsi ərəfəsində qol və məhsuldar ötürmələrin sayına görə iki rəqəmli ədədlərə çatan ilk futbolçu olub.
Həmçinin misirli forvard Premyer Liqada 4 mövsüm üst-üstə iki rəqəmli ədədlərə çatan ilk oyunçu adına sahib çıxıb.
Qeyd edək ki, Salah bu mövsüm mersisaydlıların heyətində çıxış etdiyi 24 matçda 18 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mərakeş millisinin yeni baş məşqçisi müəyyənləşib
- Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal
- “Qarabağ” Azərbaycan Kubokunda 75-ci səfər oyununu keçirib
- Yenə məğlubiyyət, yenə qrup sonuncusu – Azərbaycan yığması
- Fatih Terimin komandası son 18 matçda ilk dəfə AEK-ə qalib gəlib
0
0