Məhşur qapıçının oğlu "Fulhem"də - Rəsmi
08.07.2025 - 16:58
Məhşur qapıçının oğlu "Fulhem"də - Rəsmi

“Fulhem” sabiq “Çelsi” və “Arsenal”ın qapıçısı Petr Çexin oğlu Damian Çexi heyətinə qatıb.

Apasport.az xəbər verir ki, London klubu 16 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb.

Bu barədə oyunçu özünün rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Damian Çexin də mövqeyi qapıçıdır. O, əvvəllər “Fulhem”in aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib.