Meksika - Ekvador oyunu təxirə salındı - Başlanğıc vaxtı dəyişdirildi
01.07.2026 - 04:42
DÇ-2026-nın 1/16 final mərhələsində keçiriləcək Meksika - Ekvador oyunu planlaşdırılan vaxtda başlamayacaq.
Apasport.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.
Qarşılaşmanın start fiti təhlükəsizlik məqsədilə 1 saat gecikdirilib. Oyunun yeni başlanğıc vaxtı ilə bağlı qərar hava şəraitindən asılı olaraq veriləcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 05:00-da başlamalı idi. Qalib komanda DÇ-2026-nın 1/8 finalında İngiltərə - Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq.
0
0