Braziliyanın “San-Paulu” klubunun yarımmüdafiəçisi Oskar karyerasını bitirmək qərarına gəlib.
Apasport.az ESPN istinadən xəbər verir ki, 34 yaşlı futbolçu səhhətində yaranan problemlər səbəbindən peşəkar futboldan ayrılacağını yaxın ətrafına bildirib.
Mənbənin iddiasına görə, “San-Paulu” rəhbərliyi yaxın günlərdə Oskarla görüşərək onun gələcək planlarını dəqiqləşdirmək niyyətindədir. Klub həmçinin futbolçuya struktur daxilində vəzifə təklif etmək seçeneini də müzakirə edir.
Bildirilib ki, klub Oskara hər hansı son tarix qoymayıb və ona karyera qərarı verməsi üçün istədiyi qədər vaxt tanıyıb.
Xatırladaq ki, Oskar noyabrın 11-də məşq mərkəzində planlı tibbi müayinə zamanı huşunu itirib. Daha sonra ondakı ürək problemi aşkarlanıb.
Qeyd edək ki, Oskar 2012–2017-ci illərdə “Çelsi”nin heyətində çıxış edib və London təmsilçisi ilə İngiltərə Premyer Liqasının çempionu olub.
- Pike baş məşqçini istefaya göndərdi
- I Liqa: “Ayın qolu”nun qalibi mükafatlandırılıb
- Adil Şükürov: “Heyətə cəlb etmək istədiyimiz oyunçular var”
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- “Qalatasaray”dan kritik qələbə