Messi 900-ə çatdı
19.03.2026 - 11:21
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçına çıxıb.
Apasport.az xəbər verir ki, komanda “Neşvill”lə qarşılaşıb.
İlk oyunda qolsuz heç-heçə qeydə alınmışdı. Cavab görüşündə də qalib müəyyənləşməyib – 1:1. Lakin “Neşvill” səfər qolu qaydasına əsasən mərhələni adlayıb.
“İnter Mayami”nin yeganə qolunun müəllifi Lionel Messi üçün isə bu oyun əlamətdar olub. Belə ki, 38 yaşlı superulduz futbol karyerasında 900-cü qoluna imza atıb.
- Nadir Nəbiyev: "Milli uduzmasa, yaxşı nəticə sayılacaq" - MÜSAHİBƏ
- “Sabah”ın rəqibi ciddi itki ilə üzləşib
- Fransanın rəqibi bəlli oldu - 1/16 finalda İsveçlə qarşılaşacaq
- Aslan Kərimov: “Qarabağ”ın qol vurmaq şansları daha yüksək olacaq"
- “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
0
0