Lionel Messi karyerasında növbəti tarixi göstəriciyə çatıb.
Apasport.az xəbər verir ki, argentinalı ulduz MLS-də “İnter Mayami”nin “San Dieqo” ilə 2:2 hesablı heç-heçə etdiyi oyunda fərqlənib.
Messi 24-cü dəqiqədə cərimə zərbəsindən qol vuraraq hesabı bərabərləşdirib.
Bu qol 39 yaşlı futbolçunun peşəkar karyerasında 930-cu, birbaşa cərimə zərbəsindən isə 75-ci qolu olub. Eyni zamanda Messi “İnter Mayami”nin formasında bütün turnirlər üzrə qol sayını 101-ə çatdırıb.
Messi bununla yanaşı, cari MLS mövsümündə 20-ci qolunu vurub. O, ardıcıl üçüncü mövsümdə liqada ən azı 20 qol həddinə çatan MLS tarixində ikinci futbolçu olub.
Qeyd edək ki, Messi cəmi bir neçə gün əvvəl “Krus Azul”la Kampeones Kuboku matçında “İnter Mayami”nin heyətində 100-cü qolunu vurmuşdu.