Messi kubok sayında Alveşə yaxınlaşdı
01.08.2022 - 11:03
Lionel Messi karyerasında 41-ci kuboku qazanıb.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduzun komandası PSJ Fransa Superkubokunun qalibi olub.
Paris təmsilçisinin “Nant” üzərində 4:0 hesabı ilə qalib gəldiyi həlledici görüşdə 35 yaşlı hücumçu 1 qola imza atıb. İndi Leo yalnız sabiq komanda yoldaşı Dani Alveşdən geri qalır. Bu yay “Barselona”dan “Pumas”a keçən braziliyalı müdafiəçi karyerasında 46 titulla rekordçudur.
Qeyd edək ki, PSJ-yə ötən il “Barselona”dan keçən Lionel Messi Paris klubu ilə Fransa çempionu da olub.
- Daha bir boksçumuz erməni rəqibinə qalib gəldi - Avropa birinciliyində
- "Bavariya" rəsmisi: “Real”ın onun bir ayağını belə ala biləcəyinə əmin deyiləm
- Avropa Liqası: "Fənərbaxça"nın 1/8 finaldakı rəqibi müəyyənləşdi - YENİLƏNİB
- Güləşçilərimizdən mundialda daha 2 medal
- "Vüqar Həşimov Memorial-2022"yə start verilib
0
0