Messi milliyə çağırılıb
16.05.2025 - 16:22
“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Çili və Kolumbiya yığmaları ilə keçiriləcək oyunlar üçün Argentina millisinin heyətinə çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
37 yaşlı futbolçu daha əvvəl Uruqvay və Braziliya yığmaları ilə keçirilən iki seçmə oyunu qasıq əzələsindəki zədə səbəbindən buraxmışdı. Onun yalnız milli komandanın oyunlarında deyil, həm də Klublararası dünya çempionatında iştirak edəcəyi gözlənilir.
- “Sabah”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib
- Millimiz FİFA reytinqində dörd pillə geriləyib
- AVRO-2024 Almaniya-Şotlandiya matçıyla başlayacaq - Təqvim
- "CBC Sport"dan anlamlı jest - "Qarabağ, can Qarabağ" - VİDEO
- Qurban Qurbanov rumın məşqçilər barədə: "Rednikə qarşı oyunlarımız daha maraqlı olub"
0
0