
Lionel Messi və Jordi Alba MLS-in növbəti turunu buraxacaqlar.
Apasport.az saytı xəbər verir ki, bunu futbolçuların formasını geyindiyi "İnter Mayami"nin baş məşqçi Xerardo Martino deyib.
60 yaşlı argentinalı mütəxəssis futbolçuların əzələ ağrısından əziyyət çəkdiklərini deyib: “Addım-addım getmək, tibbi hesabatı öyrənmək, futbolçuların nə düşündüklərini bilmək lazımdır. Vəziyyətə nəzarət edib, qərar verəcəyik. Təbii ki, onlar sentyabrın 24-də “Orlando Siti”yə qarşı oynamayacaqlar”.
Qeyd edək ki, Messi və Alba yayda ABŞ klubuna gəliblər. Argentinalı ulduz 11 matçda 11 qol, 5 assist, ispaniyalı sol cinah müdafiəçisi isə 10 görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qurban Qurbanov - 51! “Nə olardı, iki il, üç il də yaşayardı, mən tam başqa cür olardım” - VİDEO
- Bakıda keçiriləcək dünya çempionatında 145 ölkə iştirak edəcək
- İkiqat dünya və Avropa çempionu Bakıda master klass keçib
- "Fənərbaxça"dan sonra "Qalatasaray" da Türkiyə kuboku ilə vidalaşdı
- "Sabah" FIBA Avropa Kubokunda ilk oyununa çıxacaq