Messidən 4-cü titul
21.12.2023 - 13:32
Lionel Messi mükafatlara doymur.
Apasport.az xəbər verir ki, Argentina millisinin 36 yaşlı kapitanı ölkəsində ilin idmançısı seçilib.
Karyerasını ABŞ-ın "İnter Mayami" klubunda davam etdirən superistedad Buenos-Ayres İdman Jurnalistləri Cəmiyyəti tərəfindən təqdim olunan 2023-cü il Qızıl Olimpiya mükafatını alıb. Bu, Lionelin karyerasında dördüncü belə tituldur.
Qeyd edək ki, Messi 2023-cü ildə ABŞ Liqa Kubokunu qazanaraq turnirin bombardiri adına sahib çıxıb. O, həmçinin bu il “Qızıl top” mükafatına da sahib olub.
- Ponomaryov: “Ferensvaroş” “Qarabağ”ı düzgün qiymətləndirməyib”
- "Fənərbaxça"nın Tedeskoya ödəyəcəyi məbləğ bəlli olub
- Belçika millisinin üzvü karyerasını başa vuracaq
- Qurban Qurbanov: “Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm”
- Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida - YENİLƏNİB
0
0