Messinin dəyəri dəyişdi
26.03.2024 - 11:13
Bazar ertəsi Lionel Messinin təxmini dəyəri nüfuzlu "Transfermarkt" portalının səhifələrində yenilənib.
Apasport.az xəbər verir ki, argentinalı ulduzun dəyəri 5 milyon düşüb - indi o, 30 milyon avro olaraq qiymətləndirilir.
Buna baxmayaraq, 36 yaşlı Messi MLS-in ən bahalı oyunçusu olaraq qalır.
Xatırladaq ki, Messi ötən yaydan "İnter Mayami"də çıxış edir.
Qeyd edək ki, Lionelin transfer dəyərinin zirvəsi 2018-ci ildə müşahidə olunub - 180 milyon avro.
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Sofyan Amrabat: "Fənərbaxça" Yarımmüdafiəsinin Dayağı
- Formula 1 Afrikaya qayıdır – 10 illik müqavilə
- "Qarabağ" Antalyaya yollandı - FOTOLENT
- Mariya Stadnikin yeni vəzifəsi bəlli oldu
0
0