“Milan” Feliksi buraxmaq istəmir
08.02.2025 - 14:56
“Milan” Joao Feliksin icarə müddətini artırmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı hücumçunu 2026-cı ilin yayına qədər icarədə saxlamaq istəyir.
Milan təmsilçisi futbolçunun məxsus olduğu “Çelsi” ilə danışıqlara hazırlaşır. Oyunçunun İndiki icarə müqaviləsi yayda başa çatacaq.“Rossonyeri” növbəti mövsüm üçün 8-10 milyon avro ödəmək arzusundadır.
Klub rəhbərliyi anlaşmada Feliksin sonradan 30-35 milyona transfer olunmaq hüququnu da görmək istəyir.
Qeyd edək ki, Joaonun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdi.
- Erhan Toker: “Bəzən belə qələbələrin əks effekti olur"
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- “Araz-Naxçıvan”ın kapitanı: “Qurban Qurbanovun düşüncəsi necədirsə, mənim üçün də elədir”
- Aslan Şahgəldiyev: “Bunlardan qorxmuruq”
- “Qara qartallar” Fil Dişi Sahili yığmasının üzvü ilə vidalaşdı
0
0