“Milan” Modriçlə bağlı qərarını verdi - RƏSMİ
23.07.2026 - 20:26
“Milan” Modriçlə bağlı qərarını verdi - RƏSMİ

“Milan” yarımmüdafiəçi Luka Modriçlə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

40 yaşlı xorvatiyalı futbolçu ilə yeni müqavilə 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, Luka Modriç ötən mövsüm “Milan”ın heyətində 37 rəsmi oyuna çıxıb, 2 qol vurub.