"Milan" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub Teo Ernandesə əvəzləyici axtarır.
Buna səbəb müdafiəçinin zəif çıxışı və komandanın baş məşqçisi Paolo Fonseka ilə münasibətlərinin mənfi olmasıdır.
“Rossonyerilər” onun yerinə gələn mövsüm “Brügge”nin sol cinah müdafiəçisi Maksim De Kuyperi transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Milan" təmsilçiləri futbolçunu canlı izləmək üçün İtaliya - Belçika matçına (2:2) yollanıblar. Bildirilir ki, "Brügge" 20 milyon avro qarşılığında Kuyperlə yollarını ayırmağa hazırdır.
Xatırladaq ki, tərəflər arasındakı müqavilə 2028-ci ilə qədərdir.
Qeyd edək ki, gənc müdafiəçi ötən mövsüm bütün turnirlər daxil olmaqla 55 görüşdə iştirak edib və 5 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qurban Qurbanov: “Şanslarımızdan düzgün istifadə edəcəyik”
- Rəşad Sadıqov: “Çətinlik yaşayacağımızı ehtimal edirdim” - VİDEO
- Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
- Şahruddin Məhəmmədəliyev: "Milli komandada oynamaq mənim üçün fəxrdir" - Müsahibə
- Jurnalist Rasim Ozan Kütahyalı tutulub