“Milan” baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, İtaliya klubu Oliver Qlasnerlə danışıqlar aparıb.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Bildirilir ki, “Milan” rəhbərliyi avstriyalı mütəxəssislə 6 saatdan çox davam edən görüş keçirib.
Qlasnerin “rossonyerlər”in marağından məmnun qaldığı qeyd olunur. Lakin Milan təmsilçisi baş məşqçi məsələsində tələsmək istəmir və yekun qərarı diqqətlə verməyi planlaşdırır.
Qeyd edək ki, Oliver Qlasner “Kristal Pelas”la tarixi uğurlara imza atıb. Avstriyalı mütəxəssis London klubu ilə İngiltərə kubokunu, “Community Shield”i və UEFA Konfrans Liqasını qazanıb.
- Lənkəranda UEFA C kursu keçirilib
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Bakıda inklüziv antidopinq yanaşmalarına həsr olunan beynəlxalq konfrans keçirilib
- "İstedadların seçimi" yarışının I turu start götürəcək
- Vasili Berezutski: “Çalışmağa davam edəcəyik”