“Milan”dan “Fənərbaxça”ya rədd cavabı
17.01.2025 - 23:38
Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Milan” “sarı-lacivərdlilər”in Straxinya Pavloviç üçün 18 milyon avroluq təklifini rədd edib.
“Rassonyerilər” Türkiyə təmsilçisinə oyunçu üçün bu məbləğin az olduğunu bildirib.
Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi ötən il İtaliya klubuna “Salzburq”dan 18 milyon avroya cəlb edilib.
Qeyd edək ki, serbiyalı futbolçu bu mövsüm A Seriyası təmsilçinin heyətində çıxış etdiyi 14 rəsmi matçda 1 qol ilə yadda qalıb.
- “Qarabağ” ÇL matçlarını bu stadionda oynayacaq: UEFA açıqladı
- Klopp “Real”a doğru – 2 futbolçu istəyir
- Azərbaycan çempionunun avrokubokda hər 2 oyunu Bakıda
- Krunoslan Renduliç: "Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq"
- “Formula 1” üzrə Azərbaycan Qran-Prisinə könüllülərin qeydiyyatı başlayıb
0
0