“Milan”ın müdafiəçisinə üç MÜŞTƏRİ
02.05.2023 - 18:28
“Milan”ın futbolçusu Fikayo Tomori İngiltərə klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı müdafiəçini Premyer Liqanın üç klubu heyətinə qatmaq istəyir.
“Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” ingiltərəli arxa xətt oyunçusunun vətənə qayıtması üçün çalışır. Daim yığmaya çağırılmaq üçün Premyer Liqada oynamalı olduğunu başa düşən Tomori də yenidən İngiltərədə çıxış etmək arzusundadır.
Qeyd edək ki, “Çelsi”nin yetirməsi 2021-ci ildə “Milan”a keçib.
- Avropa çempionatında 39 şahmatçımız iştirak edəcək
- “Şaxtyor”un futbolçusu “Qarabağ”ın transfer siyahısında
- Xulian Alvarez: "Atletiko" üçün əla şeylər edəcəyinə inanıram"
- Vadjinin sabiq komanda yoldaşı: “Bu səbəbdən “Sent-Etyenn”ə gedir”
- Turan Manafov: “İsveç və Belçika ilə oyunlarda xal qazana bilərik” - Müsahibə
0
0