Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının yeni mövsümünə start verəcək.
Canni de Byazinin baş məşqçisi olduğu komanda C liqasında mübarizə aparacaq. 3-cü qrupda yer alan millimiz turnirə Qazaxıstanla matçla başlayacaq.
Nur-Sultanda baş tutacaq görüş millinin 2022-ci ildəki üçüncü sınağı olacaq. Malta və Latviyaya eyni – 0:1 hesabı ilə uduzan komanda uğursuzluq zolağından səfərdə çıxmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın yer aldığı qrupda Slovakiya və Belarus komandaları da var.
C liqası
3-cü qrup
⚽ 18:00. Qazaxıstan – Azərbaycan
- Yamal Klyuvert və Messi ənənəsini davam etdirəcək
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- “Qarabağ”dan çətin qələbə, Masazırda hərəyə bir qol və bir xal - YENİLƏNİB
- "Mançester Siti" 3 xalı 5 qolla qazandı
- NTD amerikalı basketbolçu transfer edib