Millimizin üzvü oynadı, komandası növbəti tura yüksəldi
06.05.2025 - 01:44
Albaniya Superliqasında pley-off oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" yarımfinalda “Partizani” ilə qarşılaşıb.
Əliyevin 90 dəqiqə meydanda olduğu matç 0:0 hesabı ilə başa çatıb. Reqlamentə əsasən bərabərlik olduğu halda ev sahibləri növbəti mərhələyə yüksəldiyinə görə "Eqnatiya" turu keçib.
Qeyd edək ki, "Eqnatiya" ölkə çempionluğu uğrunda “Vilaznia” ilə üz-üzə gələcək.
- Boksçularımız Türkiyədə təlim-məşq toplanışına start verib
- “Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək
- AFFA-nın bayrağı altında keçirilən liqalarda 2024/2025 mövsümünün püşkü atılıb
- "Arsenal" "Everton"dan qisasını 4 qat aldı
- "Fehervar" – "Sumqayıt" matçının hakimləri bəlli olub
0
0