Millinin hücumçusu klubunu dəyişir
25.04.2023 - 14:56
Almaniya millisinin futbolçusu Niklas Fülkruq klubunu dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, “Verder”in 30 yaşlı hücumçusu Mönhenqladbax “Borussiya”sına keçə bilər.
Transferin yayda reallaşacağı gözlənilir. Bremen klubu forvard üçün 20-25 milyon avro almaq istəyir. Hücumçu İtaliya və İngiltərədən də təkliflər alıb.
Qeyd edək ki, DÇ-2022-nin üç oyununda 2 qol vuran Fülkruq Bundesliqanın 28 matçında 16 dəfə fərqlənib.
- "Sabah" Çempionlar Liqasına hazırlaşır: Danışıqlar başlayacaq
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- "Qalatasaray" Almaniya nəhəngini qəbul edir
- Azərbaycan çempionatında 4-cü tura yekun vurulub
- "Mançester Yunayted"in 9 oyunluq qələbə seriyası Londonda qırıldı
0
0