Milner karyerasını başa vurdu
01.06.2026 - 13:49
Milner karyerasını başa vurdu

Ceyms Milner karyerasını başa vurduğunu vurub.

Apasport.az xəbər verir ki, bunu 40 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

O, qərarını sosial şəbəkə hesabında yayımladığı paylaşım vasitəsilə ictimaiyyətə çatdırıb.

Son olaraq "Brayton"da çıxış edən təcrübəli futbolçu karyerası ərzində "Lids", "Nyukasl", "Aston Villa", "Mançester Siti" və "Liverpul" kimi klubların da şərəfini qoruyub.

Qeyd edək ki, Milner İngiltərə Premyer Liqası tarixində ən çox oyun keçirən futbolçudur. Onun hesabında 658 çempionat matçı var.