Modriç əməliyyat olunacaq
28.04.2026 - 15:43
"Milan"ın futbolçu Luka Modriç əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti mılumat yayıb.
Üz sümüyündə qırıq aşkarlanan 40 yaşlı yarımmüdafiəçinin uğurlu əməliyyat keçirdiyi bildirilir.
Xorvatiya milllisinin kapitanının bu yay təşkil ediləcək dünya çempionatına qədər sağalacağı gözlənilir.
O, İtaliya A seriyasının son turunun "Yuventus"la görüşündə zədələnib.
Qeyd edək ki, Xorvatiya millisi DÇ-2026-da L qrupunda İngiltərə, Qana və Panama ilə mübarizə aparacaq.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- MDB Oyunlarında daha bir uğur: Azərbaycanlı üzgüçü çempion oldu - FOTO
- Salah “Liverpul”dan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
- "Qarabağ" dünya reytinqində 3 pillə geriləyib
- Azərbaycanlı idmançı fiqurlu konkisürmədə olimpia rekordunu yeniləyib - FOTO
0
0