Modriçdən tarixi göstərici
23.11.2022 - 15:28
Xorvatiya millisinin futbolçusu Luka Modriç tarixi göstəriciyə imza atıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi üç fərqli onillikdə həm dünya, həm Avropa çempionatında oynayan ilk futbolçu olub.
Xorvatiya yığmasının üzvü DÇ-2022-nin I turunun Mərakeşlə matçında meydana çıxıb. Bu, 37 yaşlı veteran üçün 4-cü mundial olub.
Luka 2006, 2014 və 2018-ci illərdə dünya, 2008, 2012, 2016 və 2020-ci illərdə Avropa çempionatında forma geyinib. O, millidə 155 oyunda 23 qol vurub.
Qeyd edək ki, hazırda davam edən Mərakeş – Xorvatiya matçında hesab açılmayıb.
- Artıq müvəqqəti baş məşqçi deyil: Vaqif Cavadov rəsmən "Sumqayıt"da
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- "Afrodisias Stadionu": Qədim Dünyanın İdman və Mədəniyyət Mərkəzi
- “Milan”ın 2 ulduzu yayda komandadan ayrılacaq
- Premyer Liqanı İtaliya A Seriyasına dəyişdi
0
0