Montella qərarı: Ya özü gedəcək, ya da...
20.06.2026 - 22:22
Montella qərarı: Ya özü gedəcək, ya da...

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella ABŞ yığmasına qarşı keçiriləcək oyundan sonra vəzifəsindən ayrıla bilər.

Apasport.az xəbər verir ki, bu barədə İtaliyanın "Mediaset" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, ABŞ ilə matçdan sonra Montella ya istefa verəcək, ya da Türkiyə Futbol Federasiyası onunla yolları ayıracaq.

Türkiyə millisi DÇ-2026-da Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Vinçenzo Montella 2023-cü ildən Türkiyə millisinin baş məşqçisidir.