İspaniya millisinin və “Atletiko”nun futbolçusu Alvaro Morata karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücumçunun bir müddət oynadığı “Çelsi”yə qayıdacağı gözlənilir.
İngiltərə təmsilçisi Morataya ehtiyat variant kimi baxır. Pyer-Emerik Obameyanqın “Barselona”dan keçidi baş tutmasa, londonluların hədəfinə Alvaro düşəcək.
“Çelsi” 2017-ci ildə “Real”dan 66 milyon avroya transfer edib. 72 matçda 24 qol vuran forvard 3 ildən sonra 35 milyon avro qarşılığında “Atletiko”ya satılıb.
Qeyd edək ki, Moratanın madridlilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- "Qarabağ"ın Çempionlar Liqası matçları: Bu tarixlərdə oynayacağıq
- “Nant” - “Qarabağ” oyununun hakimləri açıqlandı
- Rəşad Sadıqov: “Mübarizə daha çox idi” - VİDEO
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Avropa komandalarının bürünc medal HEGEMONLUĞU