Yaponiya millisinin baş məşqçisi Hadzime Moriyasu DÇ-2026-da Braziliyaya məğlubiyyətdən sonra açıqlama verib.
Apasport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis komandanın turnirlə vidalaşmasına görə məsuliyyəti üzərinə götürüb.
“Xalqımızdan üzr istəyirəm və bu komandanın baş məşqçisi kimi bütün məsuliyyəti öz üzərimə götürürəm. Azarkeşlərimizə qələbə hədiyyə edə bilmədiyimiz üçün məyusam. Baş məşqçi kimi yetərli olmadığım üçün hər kəsdən üzr istəmək istəyirəm”, - deyə Moriyasu bildirib.
Qeyd edək ki, Yaponiya DÇ-2026-nın 1/16 final mərhələsində Braziliyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Moriyasu 2018-ci ilin iyulundan Yaponiya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/8, DÇ-2026-da 1/16 finala yüksəlib.