
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə oyun öncəsi keçirilən mətbuat konfransında verdiyi açıqlamalar azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Portuqaliya təmsilçisi ilə qarşılaşma barədə sualı cavablandırarkən, əvvəlki dönəmlərdə daha güclü komandaların başında olduğunu bildirib:
“Benfika"ya qarşı uğurlu nəticələrim var idi, çünki həmin vaxt çalışdırdığım klublar daha güclü idi. İndiki komandanı əvvəlkilərlə müqayisə etmək olmaz”.
Bundan əlavə, braziliyalı futbolçularla bağlı verilən suala münasibət bildirən baş məşqçi klubun transfer imkanlarının məhdud olduğunu vurğulayıb:
“İstədiyim futbolçunu transfer etmək üçün kifayət qədər maliyyə gücünə sahib bir klubda deyiləm”.
Qeyd edək ki, “Fənərbaxça” – “Benfika” qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.