Türkiyə Super Liqa təmsilçilərindən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo paylaşımı ilə gündəmə gəlib.
Apasport.az xəbər verir ki, “Qalatasaray” dünən Türkiyə Kuboku çərçivəsində evində “Başakşehir”lə 2:2 hesabı ilə heç-heçə edib.
Qarşılaşma yekunlaşdıqdan sonra Joze Mourinyo münaqişəli bir epizodla bağlı öz sosial media hesabında paylaşım edib.
Belə ki, portuqaliyalı mütəxəssis paylaşımında "Qalatasaray"lı futbolçunun Migel Krespoya qarşı kobud səhvindən sonra hakimin bu epizodu görməzlikdən gəldiyinə işarə edib:
"Hörmətli Krespo, ümid edirəm sağlamlığınla bağlı heç bir problem yoxdur".

- ÇL: “Barsa”dan darmadağın, PSJ-dən inamlı qələbə - YENİLƏNİB
- “Yuventus” Kanada millisinin üzvü ilə bağlı qərarını verib
- “Roma”dan Mourinyo qərarı
- Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
- “Qızıl top”un sahibi: "Bir gün vətənə qayıdıb, orada yenidən oynaya biləcəm"