“Roma” rəhbərliyi komandanın baş məşqçisi Joze Mourinyodan razıdır.
Apasport.az xəbər verir ki, klub 60 yaşlı mütəxəssisin müqaviləsinin müddətini artırmağa hazırlaşır.
Mourinyo 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edir. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq. “Canavarlar” razılaşmanı ən az 1 il daha uzatmağı planlaşdırırlar.
Qeyd edək ki, Jozenin rəhbərliyi ilə paytaxt klubu 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub. Hazırda "Roma” İtaliya A seriyasında 19 turdan sonra 8-ci yerdədir. Komanda bu gün İtaliya kubokunun 1/4 finalında "Latsio" ilə qarşılaşacaq.
- Birinci Liqa: “Zaqatala” Evdə, MOİK səfərdə qalib gəldi - YENİLƏNİB
- Paris-2024: Medal sıralaması
- "Fənərbağça" mübarizəni dayandırdı, Rotterdamda 8 qol vuruldu
- Qurban Qurbanov: "Çempionlar Liqasında uğurlarımız məsuliyyəti daha da artırır"
- Azərbaycanın iki idman kompleksi beynəlxalq müsabiqədə fərqlənib