"Real Madrid"in və "Mançester Yunayted"in keçmiş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı çempionatında iş tapa bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Talksport" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis "Əl-Qadisiya" klubunun rəhbərliyi ilə danışıqlar aparıb.
Portuqaliyalı çalışdırıcının son iş yeri İtaliyanın “Roma” klubu olub. O, bu ilin yanvarında "qurdlar"ı tərk edib.
Daha əvvəl mətbuatda Türkiyə çempionatının iki təmsilçisinin Mourinyonun xidmətində maraqlı olduğu haqda xəbərlər yayılmışdı. "Beşiktaş" və "Fənərbaxça" portuqaliyalını transfer etmək istəyir.
- Azər Salahlı: “Azərbaycandan və ölkə xaricindən təkliflərim var”
- İmişlidə işıq sistemi oğurlandı - "İnanırıq ki, DİN əməkdaşları məsələni həll edəcək"
- Stefan Akka: "Bu cür oynamağa davam eləsək..."
- "Sabah"ın avrokubok matçına satılan biletlərin sayı açıqlanıb
- Ayxan Abbasov: “Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi”