"Roma"nın baş məşqçisi Joze Mourinyo "Real"dakı həmkarı Karlo Ançelottinin Braziliya millisini çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Apasport.az xəbər verir ki, “Special One” ləqəbli çalışdırıcı Ançelotti barədə bunları deyib: "Düşünürəm ki, "Real" kimi nəhəng klubu ancaq mənim kimi dəli tərk edə bilərdi. Təbii ki, işdən qovulmadığınız müddətdə. Bir vaxtlar klub rəhbərliyi qalmağımı istəsə də, “Real"dan ayrıldım. Əminəm ki, Karlo son anda fikrini dəyişəcək və Florentino Peres ona zəng edən kimi qalmağa qərar verəcək”.
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"in baş məşqçi postundadır.
- Felipe Santos Azərbaycana qayıdır
- “Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə
- “Səbail”in futbolçusu: “Tarixi düşmək istəyirik”
- Konfrans Liqası: “Fənərbaxça”nın rəqibi bəlli oldu - YENİLƏNİB
- Rauf Əliyev: “Milli komandamız daha da bərbad duruma gedir”