Mourinyodan antirekord
23.05.2023 - 10:00
“Roma” İtaliya çempionatında qara zolağa düşüb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin qələbəsiz oyunlar seriyası 6-ya çatıb.
“Canavarlar” “Salernitana” ilə heç-heçə edib. Son 6 görüşdə “Roma” 4 sülhə imza atıb və 2 dəfə uduzub.
Bu, Joze Mourinyonun karyerasının antirekordudur. Portuqaliyalı mütəxəssis heç bir klubla ardıcıl 6 çempionat görüşündə qələbəyə həsrət qalmayıb.
Qeyd edək ki, “Roma” A seriyasında mövsümün son iki turunda “Fiorentina” və “Spetsiya” ilə üz-üzə gələcək.
- DÇ-2026: Kolumbiya - Portuqaliya: Heyətlər - Ronaldo ilk 11-də
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- “Yuventus”da yeni müqavilə
- Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
- AFFA “Qəbələ”nin futbolçusunun cəzasını ləğv etdi
0
0