
Türkiyə kubokunun 1/4 final mərhələsində "Fənərbaxça" öz meydanında "Qalatasaray"a 1:2 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, oyundan sonra baş verən mübahisələrə görə "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyo, oyunçuları - Fred, Mert Hakan Yandaş və texniki heyətdən Zufic və Foti qırmızı vərəqə ilə cəzalandırılmışdı.
Mourinyo və Mert Hakan Yandaş intizam qaydalarının 44-cü maddəsinə, Foti və Fred 41-ci maddəyə, Zufic isə 36-cı maddəyə əsasən Nizam-İntizam Komitəsinə (PFDK) verilib.
Futbol İntizam Qaydalarının 44-cü maddəsinə əsasən Mourinyonun, Mert Hakan Yandaşın 5-10 oyun, Fred və Fotinin 2-5 oyun, Zuficin isə 1-3 oyun cəza alacağı gözlənilir.
Buna görə Mourinyo, Fred, Mert Hakan Yandaş, Zufic və Foti bazar günü "Trabzonspor"la keçiriləcək derbidə ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.
- Fərid Qayıbov “Lənkəran” İdman Klubunu ziyarət edib
- "Tottenhem" "Sportinq"in ispan futbolçusu ilə razılığa gəldi
- "Turan Tovuz"un yoxlama oyunu təxirə salındı
- Azərbaycanda şok iddia: Hakim bukmekerlərlə əlbir olub?
- Rəşad Sadıqov: “Oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”