“Çelsi”nin futbolçusu Mixaylo Mudrik karyerasını “Tottenhem”də davam etdirəcək.
Apasport.az xəbər verir ki, London klubu 25 yaşlı ukraynalı vingeri 2026/2027 mövsümünün sonuna qədər icarəyə götürüb.
Transfer “Tottenhem” tərəfindən rəsmən açıqlanıb.
ESPN-in məlumatına görə, müqavilədə “Tottenhem” üçün futbolçunu 75 milyon funt sterlinqə birdəfəlik transfer etmək hüququ da nəzərdə tutulub.
Mudrik “Şaxtyor”da birlikdə çalışdığı baş məşqçi Roberto De Zerbi ilə yenidən bir araya gəlib.
Qeyd edək ki, Mixaylo 2023-cü ilin yanvarında “Şaxtyor”dan “Çelsi”yə transfer olunmuşdu. O, London klubunun heyətində 73 oyunda 10 qol vurub.
- Premyer Liqa: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
- Arne Slot: “İndi geriyə baxanda hər şeyi fərqli edərdim”
- Təmsilçilərimiz beynəlxalq turnirdə bürünc medal qazanıblar
- Bəxtiyar Musayev: “Neftçi” kuboku qazanmağa borcludur” - MÜSAHİBƏ
- Riçard Almeyda: “Başımızı dik tutmalı, irəli baxmalıyıq”