Müllerin evini yardılar - “Barselona” ilə oyun zamanı
14.09.2022 - 13:50
Almaniya millisinin və “Bavariya”nın futbolçusu Tomas Müller qarət olunub.
Apasport.az saytının məlumatına görə, hadisə Çempionlar Liqasının II turunun oyunu zamanı baş verib.
“Bavariya”nın “Barselona” ilə qarşılaşdığı vaxtda cinayətkarlar futbolçunun evini yarıblar. Polis qarət faktını təsdiqləyib. Araşdırmalara başlanılsa da, hələ oğruların kimliyi müəyyənləşdirilməyib.
Müllerin evindən pul və zinət əşyaları aparılıb. Ona dəyən zərər altırəqəmli ədədlə ifadə olunur.
Qeyd edək ki, “Bavariya” ev oyununda 2:0 hesabı ilə qalib gəlib.
- Qalmaqallı "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı yeni qərar
- I Liqa: VII turun hakim təyinatları açıqlanıb
- Böyükağa Ağayev: “Qarabağ”da ən yaxşı qapıçı Andrey Lunyov idi" - Müsahibə
- "Fənərbağça" mübarizəni dayandırdı, Rotterdamda 8 qol vuruldu
- Cəlal Hüseynov Bolqarıstanda növbəti oyununa çıxıb
0
0