“Napoli” Kulibali ilə bağlı qərarını açıqladı
10.07.2022 - 23:29
“Napoli” müdafiəçisi Xalidu Kulibalini satmaq fikrində deyil.
Apasport.az saytının məlumatına görə, bunu klubun idman direktoru Kristiano Cintoli deyib.
O bildirib ki, Seneqal millisinin üzvünü, xüsusən də, “Yuventus”a satmayacaqlar: “Kulibalini “Yuventus”a satmayacağımızı deməyə yəqin ki, ehtiyac yoxdur. O, bizim üçün çox önəmli futbolçudur və satılmır”.
Qeyd edək ki, 2014-cü ildən “Napoli”də çıxış edən Xalidu Kulibali bir neçə Avropa nəhənginin maraq dairəsindədir.
- AFFA 5 komandaya texniki məğlubiyyət verdi
- "Aston Villa" "Yuventus"dan iki futbolçu transfer edib
- Yeni loqo "Neftçi"yə neçə min manata başa gəlib? - Eksklüziv
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
- “Tottenhem”, “Mançester Yunayted” və “Çelsi”nin radarına düşdü
0
0