
İtaliya A Seriyası təmsilçilərindən "Napoli" yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Mançester Yunayted"də istəniləni verə bilməyən Rasmus Hoylund ilə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" oyunçu üçün 60 milyon avro tələb edir.
Xatırladaq ki, 22 yaşlı forvard İngiltərə təmsilçisinə 2023-cü ildə "Atalanta"dan 73,9 milyon avroya transfer edilmişdi.
Qeyd edək ki, Danimarka millisinin mərkəz hücumçusu bu mövsüm "Yunayted"in heyətində iştirak etdiyi 39 rəsmi matçda 8 qol, 2 assistlə yadda qalıb.
- “Barselona” transferlərə 200 milyon avro ayırdı
- Elçin Səmədli Avropa çempionatına təyinat alıb
- Vanderson: “Azərbaycan Premyer Liqası Ukrayna çempionatına daha yaxındır”
- Rəşad Sadıqov: “Yalandan da olsa baş hakimə epizoda baxmasını təklif edərdin”
- Belajdi Pusi: "Gələcəyim üçün klub qərar verəcək" - Müsahibə