"Napoli"nin sahibi Aurelio De Laurentis komandanın baş məşqçisi ilə bağlı suallara aydınlıq gətirib.
Apasport.az saytı xəbər veri ki, klub prezidenti Luçano Spalettinin komandanı tərk edəcəyini bildirib.
De Laurentis bildirib ki, 64 yaşlı mütəxəssis istirahətə ehtiyacının olduğunu deyib: “Müqavilənin bitməsinə daha bir il qalsa da, Spalletti fasilə vermək niyyətindədir. Necə imtina edə bilərdim? Bizə çox kömək etdi. Mən ona minnətdaram. Yanıma gəlib yorğun olduğunu dedi. Mən də onun bu qərarına “yox” deyə bilmədim”.
Qeyd edək ki, 33 illik fasilədən sonra İtaliya A seriyasında çempion olan “Napoli”də hələlik yeni baş məşqçinin kim olacağı bəlli deyil.
- Depay qışı gözləyəcək
- Boksçumuz Qızıl kəmər seriyasına qələbə ilə başladı
- Kəmaləddin Heydərov Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb - FOTO
- "Kəpəz"dən Barış Şimşəyə etiraz: "Verilən qərarlarla BARIŞmırıq" - VİDEO
- Rəşad Sadıqov: “Bizim xeyrimizə belə epizod olsaydı…”