"Napoli" yay transfer pəncərəsində heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İtaliya çempionu "Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.
Bu barədə "Il Mattino" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Neapol təmsilçisi Andre-Frank Zambo Anquissanın komandadan ayrılacağı halda onun əvəzini məhz braziliyalı futbolçu ilə doldurmağı planlaşdırır.
Klub rəhbərliyi Saranı orta xətt üçün əsas variantlardan biri hesab edir.
Qeyd edək ki, Qabriel Sara ötən mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub və 10 məhsuldar ötürmə edib.
- Millimiz dünya çempionatında ilk medalını qazanıb
- Haland və Levandovski əlçatmazdır
- Bəhlul Mustafazadə: "Bakıda daha yaxşı nəticə göstərəcəyimizə inanırdıq"
- VAR Sistemi Futbola Fayda, Yoxsa Ziyan Verdi? Azarkeşlər və Mütəxəssislər Sorğulayır
- III MDB Oyunları zamanı azarkeşlər üçün fan zonalar qurulacaq