Navas İspaniya çempionatına qayıda bilər
18.03.2024 - 14:16
Fransa klubu olan PSJ-də çıxış edən Keylor Navas İspaniya çempionatına qayıda bilər.
Apasport.az “Todofichajes” nəşrinə istinadla xəbər verir ki, təcrübəli qolkiper bir neçə klubun marağındadır.
37 yaşlı futbolçu uğrunda “Betis”, “Sevilla” və “Las Palmas” yarışacaq. Müqavilə yay “transfer pəncərəsi”ndə tamamlana bilər.
Kosta rikalının Paris nəhəngləri ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.
- Qurban Qurbanov və Miodraq Bojoviç dünya reytinqində irəlilədi
- Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”
- Türkiyədəki təlim-məşq toplanışına yekun vurulub
- Aslan Kərimov: "2 futbolçunun cəzalı olması komandaya təsir göstərəcək" - Müsahibə
- “Yuventus”un üzvü Juninyonun komanda yoldaşı ola bilər
0
0