“Neftçi”dən ayrılan Qriqorçukun yeni ünvanı bəlli olub
19.12.2024 - 09:18
“Neftçi”dən ayrılan Roman Qriqorçukun yeni iş yeri məlum olub.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin LNZ klubuna rəhbərlik edəcək. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qriqorçuk bu vəzifədə ispaniyalı Andres Karraskonu əvəzləyib. O, Çerkassi klubunda işə 2025-ci ilin yanvarında başlayacaq.
LNZ Ukrayna çempionatında 17 turdan sonra 19 xalla 16 komanda arasında 10-cu sıradadır.
Qriqorçuk mövsümün əvvəlində “Neftçi”yə baş məşqçi təyin edilmişdi. O, Premyer Liqada 9 turdan sonra qələbə qazana bilməyib və istefaya göndərilib.
- Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
- Qaşım Maqomedovun dünya reytinqində mövqeyi dəyişməyib
- Millilərimizin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib
- Taekvondoçularımız Sofiyada Prezident Kuboku turnirində iştirak edəcəklər
- La Liqa klubu baş məşqçisini QOVUB
0
0